Folkhemmet

Folkhemmet və ya xalq eviİsveç Sosial-Demokrat Fəhlə Partiyasıİsveç sosial dövlətinin tarixində önəmli rol oynayan siyasi anlayışdır. Bundan başqa, bu anlayış həm 1932-1976-ci illərdə İsveçdə sosial-demokratların iqtidarda olduğu və bu düşüncəni tətbiq etdiyi müddəti, həm də İsveç sosial dövlətini bədii dillə ifadə etmək üçün işlədilir. Bu anlayış bəzən də, İsveç orta yolunu ifadə etmək üçün işlədilir. Burada orta yol dedikdə KapitalizmSosializmin ortaq məxrəcə gəldiyi siyasət başa düşülür. Folkhemmet anlayışının kökündə bütün cəmiyyəti hamının fayda verdiyi kiçik bir ailə gözündə görmək düşüncəsi dayanır. İsveç sosial-demokratları müharibədən əvvəlki dövrdə, partiyanın təşəbbüsü ilə xalqa bu düşüncəni mənimsətməkdə, Folkhemmet yanaşması və xalqın səyləri ilə sosial islahatları həyata keçirməkdə uğur qazanmışdır.

Bu terminin mənşəyi Rudolf Çellenin əsasən Otto fon Bismarkın mühafizəkar sabitlik və davamlılıq anlayışı ilə bunun əksi olan sosialist partiyaların sosial islahat anlayışlarını ortaq məxrəcə gətirməsinə əsaslanan, milli mənafeləri və təbəqələrarası əməkdaşlığı uyğun hesab edən kooperasiya tipli modelə əsaslanır.

Qatı Keynsçi olan Ernst Viqforşsosial kooperatist olan Per Albin Harsson mühafizəkar Rudolf Çellendən təsirlənərək, Folkhemmetin əsas məsələlərini müəyyənləşdirdilər. Daha sonra bu düşüncə İsveçin Baş nazirləri olmuş Taqe ErlanderOlaf Palmenin iqtidarları dövründə də inkişaf etmiş və sosial-demokratların 1976-cı ildə iqtidardan getməsinə qədərki dövrədək davam etmişdir. Bu yanaşmanın ən önəmli tərəfdarlarından biri də, Uppsala Universitetindən gəlib daha sonralar İsveçin ilk sosialist Baş naziri olan Yalmar Brantinqdir.


Developed by StudentB